Cənazə və doğum günü
multimediya instalyasiyası və performans
Nigar Səmədzadənin "Cənazə və doğum günü" adlı iki parçalı instalyasiya, şəxsiyyət və irsin fərdi və sistem quruluşunu əks etdirir. Rəssam bu layihədə bir çox üstüörtülü mövzuları üzə çıxarır. İlk olaraq və hər şeydən əvvəl, o məhz özü özünü bir qadının Azərbaycanda və qlobal kontekstdə qalıcı rolunu ən yaxşı şəkildə əks etdirə biləcəyinə inandığı əsas media kimi istifadə edir. O, hər iki dünyanın qadınıdır. Hər dəfə özünü, şəxsiyyətini bütün fikirləriylə təkrar basdırdığında və özünü yenidən doğurur. O, öz-özünün yaradıcısı, özünün anası, öz valideynidir. O heç kimin davamı, heç kimsəyə əlavə deyildir.